İngiltərə Şimali Kipri tanımağa hazırlaşır


İngiltərənin Şimali Kipr Türk Respublikasını (ŞKTR) ​​rəsmi olaraq müstəqil ölkə kimi tanımaq istədiyi bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İngiltərənin “Sunday Express” qəzeti xəbər yayıb. Məlumatın ingilis hökumətinə yaxın mənbələrdən verildiyi bildirilib.
ŞKTR-nın İngiltərə hökuməti tərəfindən tanınması məsələsi Cenevrə danışıqlarında ələ alınacaq.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Boris Consondan onları dəstəkləməsini istəyib. Ersin Tatar bu barədə İngilitərənin “Sunday Express” qəzetinə müsahibəsi vaxtı bildirib. Tatar İngiltərənin Kipr adasında neytral rol oynayacağını, eləcə də kiprli yunanlara və türklərə qarşı balanslı davranışı təmin edəcəyinə inandığını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top