Ukrayna hökuməti Zelenskinin Putinlə görüşəcəyini açıqladı


Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ria.ru” məlumat yayıb. Zelenskinin ofisində verilən açıqlamada görüşün baş tutacağı vurğulanıb: "Mənə elə gəlir ki, hər şey görüşün baş tutacağına doğru gedir. Donbasda görüşmək üçün prezident təklif göndərmişdi ancaq, lakin Kremldən Moskvada görüş barədə təklif gəldi. Hazırda görüşün yeri, tarixi barədə hazırlıqlar aparılır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna baş nazirinin müavini Oleksiy Reznikov Ukrayna prezidenti Vladimir Zelenskinin rusiyalı  həmkarı Vladimir Putinin təklifini qəbul edə bilməyəcəyini açıqlamışdı. O bildirmişdi ki, prezident Zelenski müharibə vaxtı Moskvaya gedib təcavüzkar ölkənin nümayəndəsi olan bir şəxslə görüşə bilməz. Belə bir görüşün Normandiya formatı çərçivəsində Almaniya və Fransa prezidentlərinin iştirakı ilə keçirilməli olduğu xatırladılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top