
Ukrayna vətəndaşı S-300 zenit raket kompleksinin ehtiyat hissələrini Ukraynaya ixrac etməyə çalışdığına görə 10 il həbs cəzasına məhkum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS”a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Bildirilib ki, Krasnodar Bölgə Məhkəməsi Ukrayna vətəndaşı Marçenkonun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (" Casusluq ") ilə cinayət törətdiyinə görə 10 il həbsinə qərar verib. Marçenkonun S-300 zenit raket kompleksinin ehtiyat hissələrini gizli yollarla Ukraynaya aparmağa çalışdığı vurğulanıb.