Nazirlik: 94 min uşaq məktəbəhazırlıqdan birinci sinfə qəbul olunub


“Cari tədris ilində məktəbəhazırlıq qruplarına 104 min uşaq cəlb edilib. Onlardan 9900-ü rus bölməsinə, qalanları isə Azərbaycan bölməsinə cəlb olunub”.
Yeniavaz.com
xəbər verir ki, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili  və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan dilində məktəbəhazırlıq qrupunda olan 94 min şagirdin I sinfə keçirilməsi təmin olunub, yəni təxminən I sinfə gedənlərin 70-75 faizi məktəbəhazırlıq qruplarından cəlb olunub: "Ancaq I sinfə keçirildikdən sonra bəzən valideynlərdə fikir ayrılığı olur, yəni uşağın məktəbini dəyişmək istəyir. Bu zaman valideyn şəxsi səhifədə uşağın sorğusunu silib, digər məktəbi seçə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top