Hulusi Akardan Baydenin “erməni soyqırımı” ifadəsinə reaksiya


Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ prezidenti Co Baydenin səsləndirdiyi “erməni soyqırımı” məsələsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat paylaşılıb: “Yüz illərlə birgə inam və rifah içərisində yaşayan türk və erməni toplumu arasında nə vaxtsa yaşanmış hadisəni soyqırım kimi qiymətləndirmək həqiqəti əks etdirmir. Bu qəflətdir, cəhalətdir və gələcəyin təhrifidir. 
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Co Bayden 24 apreldə çıxışı zamanı “erməni soyqrımı” ifadəsini işlədib.

DİGƏR XƏBƏRLƏR

Top