"Sabah" - "Neftçi" matçının hakimləri ilə bağlı araşdırma aparılacaq - RƏSMİ


Azərbaycan Premyer Liqasının XXIV turunun “Sabah” – “Neftçi” oyununun hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı xəbər yayıb.

Bu proses matçın hakim-inspektorunun təqdim edəcəyi hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) həyata keçiriləcək.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan görüşü Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matçın hakim-inspektoru isə Gülağa Cabbarov olub.

DİGƏR XƏBƏRLƏR

Top