"Pfizer-BioNTech”peyvəndi İsraildə bəzi şəxslərdə əks təsir göstərib


İsraildə “Pfizer-BioNTech” peyvəndi vurduran az sayda insanda miokardit diaqnozuna rast gəlindiyi bildirilib.
Yeniavaz.com
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, az sayda insanda rast gəlinən bu hal araşdırılır.
İsrailin Pandemiya ilə Mübarizə koordinatoru Naxman Eş 5 milyondan çox peyvəndlənmiş şəxs arasında ilkin araşdırma aparıldığını deyib. Eş vurğulayıb ki, miokardit xüsusilə ikinci dozanı vurduranlarda meydana gəlib. Sözügedən hal əsasən yaşı 30 olanlar arasında aşkarlanıb.
“Pfizer-BioNTech” şirkəti məsələdən xəbərdar olduğunu, bu halın məhz peyvəndlə bağlantısı olub-omadığının bilinmədiyini açıqlayıb.
Qeyd edək ki, əhalisi 9,3 milyon olan İsraildə 60 faiz insan “Pfizer-BioNTech” peyvəndi vurdurub.

DİGƏR XƏBƏRLƏR

Top