"Bayden Ərdoğanı inandırmağa çalışıb ki, “soyqırımı” tanısa bunun Türkiyəyə aidiyyəti yoxdur"


“Co Bayden baş vermiş hadisələri soyqırımı kimi tanısa, bunu faciəyə çevirməyə ehtiyac yoxdur. Bu açqlama ilə özlərinə ziyan etdilər. Türkiyə və Azərbaycanla olan münasibətləri soyutmuş oldular. Türkiyə bunu cavabsız qoymamalıdır”.  
Bunu Yeniavaz.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Türkiyə müəyyən addımlar atılmalıdır:
"Baydenin açıqlamasından sonra ermənilər həvəsləniblər. Onlar bundan istifadə edərək ABŞ məhkəmələrində təzminat davaları aça bilərlər. Ancaq onun heç bir nəticəsi olmayacaq. ABŞ prezidentinin çıxışından bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğana zəng etməsi göstərir ki, Bayden Türkiyə ilə münasibətləri korlamaq istəmir. Ərdoğanı inandırmağa çalışıb ki, o “soyqırımı” tanısa da bunun Türkiyəyə aidiyəti yoxdur, hadisələr Osmanlı dövründə baş verib. Ancaq Türkiyənin Osmanlının yerində yarandığını nəzərə alsaq bu addım cavabsız qalmaycaq. Açıqlama Türkiyə ABŞ münasibətlərinə müəyyən qədər zərbə də vurdu. Burada Bayden şəxsi maraqlarını ölkəsinin milli və təhlükəsizlik maraqlarından üstün tutdu. ABŞ-ın maraqları bölgədə Türkiyə və Azərbaycan kimi ölkələrlə əməkdaşlığı diktə edir. Düzdür, Türkiyə münasibətlərə tamamilə son qoymayacaq. Anacq cavab da verilməlidir. Əks halda elə başa düşüləcək ki, Türkiyə ABŞ-dan çəkinir. ABŞ bununla Gələcəkdə qurulacağı gözlənilən Türkiyə - Ermənistan münasibətlərini də sual altında qoydu. Türkiyə Ermənistanla sərhədlərin açılamsının əlehinə deyil. Ancaq Amerikanın bu hərəkəti Cənubi Qafqazda gərginliyi artırdı. Bu Amerikanın bölgədəki marağına ziddir. Bayden bir qrup erməniyə görə ölkəsinin maraqlarını qurban verdi". 

E.Şahinoğlunun sözlərinə görə, son vaxtlar ABŞ-Azərbaycan münasibətlərində də soyuqluq yaranıb:
"İlham Əliyev özü də vurğuladı ki, Blinken İrəvana zəng elədi ancaq Bakıya qarşı eyni addımı atmadı. Halbuki, həmsədr ölkənin nümayəndəsi kimi hər iki tərəflə bərabər danışıqlar aparılamalıdır. Türkiyəyə vurulan zərbə Azərbaycana vurulan zərbə deməkdir. Baydenin açıqlamasından sonra Ərdoğan və Əliyevin telefon danışığı da bunu sübut etdi. ABŞ bunu nəzərə almadı. Əlbəttə ABŞ-la Azərbaycanın münasibətləri davam edəcək. Ancaq biz görürük ki, Amerika ermənipərəst mövqedən çıxış edir. Erməni “soyqırımı”nı tanımaq erməni separatizmini həvəsləndirməkdir. Amerikanın bu hərəkəti həmçinin Azərbaycanın da maraqlarına qarşı yönəlmiş oldu".

Qasım Xuluflu

DİGƏR XƏBƏRLƏR

Top