Dağıdılmış evləri bu şirkətlər 3 aya bərpa edəcək – 21 milyon manatdan çox pul ayrıldı... – RƏSMİ


Şəhərsalma və Arxitektura Komitəsi “düşmən təcavüzü nəticəsində Cəbrayıl, Füzuli və Tərtər (1-ci və 2-ci hissə) rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi” işlərilə əlaqədar tender müsabiqəsi keçirib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi “Az Graft Construction” MMC (VÖEN- 6200389011) və “Real-İnşaat” MMC (VÖEN-3400157541) olub.
Şəhərsalma və Arxitektura Komitəsi qeyd olunan işlər üçün “Az Graft Construction” MMC-yə 3 milyon 387 min manat, “Real-İnşaat” MMC-yə isə 5 milyon 671 min manat vəsait ayırıb. Qeyd olunan işlərin başlama tarixi 19.04.2021, bitmə tarixi isə 30.07.2021-ci il olaraq göstərilib.
Məlumat üçün bildirək ki, “Az Graft Construction” MMC iki il əvvəl  - 06.08.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC “Laçın rayonu, Taxta körpü” ünvanında qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. “Real-İnşaat” MMC isə 13.06.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC “Ağdam rayonu, Quzanlı” ünvanında qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Allahverdiyev Nizami Nüsrət oğludur.
Bundan başqa, düşmən təcavüzü nəticəsində Ağcabədi, Goranboy, Naftalan, Beyləqan, Mingəçevir, Gəncə, Ağdam və Bərdə rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi” işlərilə bağlı keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
Qeyd olunan işləri isə aşağıdakı şirkətlər icra edəcək:
“PARLAQ-N” Məhdud Məsuliyyətli cəmiyyətinin 1 saylı filialı (VÖEN-1002432951) – 2 115 941,66 manat
“RABİTƏİNŞAAT” Açıq Səhmdar Cəmiyyəti (VÖEN-1500090621) – 4 579 410,05 manat
“CONCO” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN-1403054601) – 4 894 475,15 manat
"Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu (VÖEN-1400229741) – 1 162 009,55 manat


 

DİGƏR XƏBƏRLƏR

Top