
Bu ilin aprel ayının əvvəlində Azərbaycanda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyutada 7,62%, xarici valyutada 0,84% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlində depozit və əmanətlər üzrə orta faiz dərəcəsi daha yüksək olub. Belə ki, yanvar ayının əvvəlində depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyutada 8,01%, xarici valyutada 1,15% olub.
Son 3 ayda depozit və əmanətlər üzrə orta faiz dərəcəsi azalsa da, kreditlər üzrə orta faiz dərəcəsi artıb. Yanvar ayının əvvəlində kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 15,65%, xarici valyutada 3,43% olduğu halda, aprel ayının əvvəlində kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 17,18%, xarici valyutada 5,83% oldub.
Kreditlər üzrə orta faiz dərəcəsi |
Depozit və əmanətlər üzrə orta faiz dərəcəsi | |||
Milli valyuta ilə | Xarici valyuta ilə | Milli valyuta ilə | Xarici valyuta ilə | |
01.01.2021 | 15,65 % | 3,43 % | 8,24 % | 1,15 % |
01.02.2021 | 17 % | 3,97 % | 6,78 % | 1,55 % |
01.03.2021 | 17,62 % | 5,07 % | 8,18 % | 1,07 % |
01.04.2021 | 17,18 % | 5,83 % | 7,62 % | 0,84% |