Mingəçevirdə məktəbin bağlanması xəbəri ilə bağlı AÇIQLAMA


Mingəçevirdə 6 nömrəli məktəbin bağlanması ilə bağlı saytlarda xəbər yayılıb.
Bununla bağlı Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor əvəzi Validə Məmmədova Yeniavaz.com saytına məlumat verib. Bildirib ki, Mingəçevir şəhərində son zamanlar COVİD-19 infeksiyası ilə bağlı 16 saylı baxçada artım müşahidə olunması ilə əlaqədar baxça 14 günlük karantinə alınıb. Yoluxma halı qeydə alınmasa yaxın günlərdə baxça fəaliyyətini bərpa edə bilər: “Mingəçevirdə yerləşən 6 nömrəli məktəbin bağlanması ilə bağlı yayılan xəbərlər yanlışdır. Aprelin 24 və 25 tarixində 3 məktəbin rəhbərliyinin - direktor, tədris hissə müdiri və 1 ibtidai sinif müəlliminin COVİD-19 testi pozitiv çıxdığı üçün məktəbə buraxılmayıblar. Məktəb buna görə 1 günlük dezinfeksiya işlərinə görə bağlanıb. Tədris yenidən bərpa ediləcək. 1 müəllimin sinifinin 14 günlük distant təhsilə keçmə qərarı aktlaşdırılacaq. Məktəbin tamamilə online dərslərə başlaması xəbəri yalandır. Məktəbdə tamamlayıcı dezinfeksiya işləri aparılıb ona görə də uşaqlar və müəllimlər məktəbə bir günlük buraxılmayıb. Ümumiyyətlə, Mingəçevirdə yalnız bir tədris müəssəsi - Texniki Humanitar lisey distant təhsilə keçib. Qeyd edim ki, bağlanan məktəblər də yeni yoluxma halı baş vermədiyinə görə artıq öz fəaliyyətlərini bərpa ediblər”.
Sonda həkim bildirib ki, məktəblərin distanta keçməsi yeni yoluxmaların qarşısını almaq üçündür.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top