Anar Hüseynov işdən çıxdı - YENİ TƏYİNAT


Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxıb.

Yeniavaz.com-un Report.az-a istinadən verdiyi məlumata görə, bu vəzifə Fəda Abbasova həvalə edilib.

Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır.

DİGƏR XƏBƏRLƏR

Top