KİV: Saxlanılan icra başçısı Bakıya gətirilir - Evində axtarış aparılıb - FOTO - YENİLƏNİB


Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hüquq-mühafizə orqanları tərəfindən Bakıya gətirilir.

Yeniavaz.com bu barədə Baku.ws-ə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 09:30 radələrindən etibarən Şəmkir rayon İH-də olub. Bu müddət ərzində araşdırma aparılıb.

Bəzi idarə və müəssisə rəhbərləri sorğuya cəlb olunub. Axtarışlar həmçinin Alimpaşa Məmmədovun yaşadığı evdə də aparılıb.




***12:10
Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Yeniavaz.com-un Unikal.org-a istinadən məlumatına görə, əməliyyat nəticəsində icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top