"Azərbaycan Dəmir Yolları"na bağlı 6 şirkət birləşdi


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) bağlı olan “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC adını dəyişərək “ADY Tikinti” MMC olur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ad dəyişikliyi ilə birgə "Azərbaycan Dəmir Yolları" ASC-yə bağlı olan aşağıdakı 4 şirkət  də “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-yə birləşir.
“Dəmiryolservis” MMC (VÖEN: 9900020041),
"5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC (VÖEN: 1403238291),
"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC (VÖEN: 1403238161),
“ADY Servis” MMC (VÖEN: 1404430211),
“Əsaslı Təmir” MMC (VÖEN: 1001888681).
Məlumat üçün qeyd edək ki, “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Zeynalova Leyla Rəsman qızdıdr.
Onu da bildirək ki, “Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-yə birləşən “Dəmiryolservis” MMC-nin nizamnamı kapitalı 41 milyon 115 min manat, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC və "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC –nin hər birinin nizamnamı kapitalı isə 1 milyon manat olub.

DİGƏR XƏBƏRLƏR

Top