Mirşahin: ""Sovetski" sakinləri hakimiyyətə qarşı qaldırılır" - VİDEO


REAL televiziyasının rəhbəri Mirşahin Ağayev "Sovetski" adlanan məhəllədən köçürülmüş bir qrup sakinlərin hakimiyyətə qarşı qaldırıldığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu iddianı özünün aparıcısı olduğu “Mir Şahinin vaxtı” adlı verilişdə səsləndirib. M. Ağayev bildirib ki, həmin şəxslər onalara verilən kompensasiya və mənzillərlə razılaşsalar da, indi bəzi “yolgöstərənlər” sakinləri daha çox pul qazanmaq vədi ilə şirnikləşdirir:
“Son zamanlar həmin ərazidən köçürülmüş sakinləri müxtəlif bəhanələrlə dövlət orqanlarının, inzibati binaların qarşısına yığışmağa çağırışlar edən və buna qismən nail olan, özlərini həmin sakinlərin nümayəndələri kimi qələmə verən bir qrup şəxslər meydana çıxdı. Məsələni araşdırmağa başladıq. Bakı şəhər İcra Hakimiyyətinin 2013-cü il 12 dekabr tarixli 501 nömrəli sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsiylə əlaqədar şəhərdə aparılan yol-nəqliyyat infrastrukturun yaxşılaşdırılması və "Sovetski" adlanan ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin satın alınması işlərinə 2014-cü ilin yanvarından başlanıb. Bu günə kimi ümumilikdə 6252 obyekt kompensasiya edilməklə satın alınıb. Onlardan 6027 yaşayış və qeyri-yaşayış obyektlərinin sahiblərinə satdıqları əmlaklarına görə müvafiq qaydada hesablanmış kompensasiya ödənilib. 
Sahəsi az olan 217 mənzil sahibinə və 8 obyekt sahibinə isə əmlakına görə Nərimanov rayonu Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrində yerləşən iki ədəd çoxmərtəbəli binadan 217 təmirli mənzil və 8 qeyri-yaşayış sahəsi verilməklə əmlakları əvəzləşdirilib. Bu gün ayrı-ayrı dövlət qurumlarının qarşısına yönləndirilən bu insanların siması heç də həmişə qəzəbli olmayıb. Onlar mənzillərini videokadrladan göründüyü kimi razılaşdıraraq satıblar. İnsanlara "yolgöstərənlər" arasında sadəcə indi şübhəli şəxslər də var. Özünü "Sovetski" sakini kimi təqdim edəni görürük ki, qətiyyən oralı  deyil. İkincisi, heç ad və soyadını da dürüst demir. Başqa ad və soyad deyir.
Göründüyü kimi bu qəribə aksiyanın iştirakçıları əməlli başlı pul qazananacaqlarını güman edərək məlumatsız, sadə insanları şirnikləşdirməklə öz maraqları uğrunda mübarizə aparırlar".
Xatırladaq ki, keçmiş “Sovetski” ərazisinin sakinləri son günlər daha sıx olmaqla, mütəmadi olaraq aidiyyatı dövlət qurumlarının qarşısına toplaşır və onlara ödənilən kompensasiyanın evlərinin dəyərindən qat-qat az olduğunu iddia edirlər.

DİGƏR XƏBƏRLƏR

Top