“Oskar” mükafatının qalibləri bəlli olub - SİYAHI


Film sahəsinin ən prestijli mükafatlarından sayılan “Oskar”ın 93-cü mərasimi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, ABŞ-ın Loc-Anceles şəhərində baş tutan mərasimdə ən yaxşı film mükafatını “Nomadland” (Köçərilər) adlı film qazanıb. Filmin rejissoru Kloe Zao isə “Ən yaxşı rejissor işinə görə” nominasiyası üzrə mükafatın qalibi olub. O, Akademiya mükafatları tarixində bu uğura nail olan ikinci qadın rejissordur.
“Köçərilər”in baş rol ifaçısı Françes Makdormand “Ən yaxşı qadın roluna görə” nominasiyası üzrə qalib elan olunub.
Antoni Hopkins isə “Father”(Ata) filmindəki roluna görə “Ən yaxşı kişi roluna görə” mükafatının sahibi olub. 
“Ən yaxşı ikinci plan qadın roluna görə” mükafatının qalibi “Minari” filmindəki rolu ilə Yuh-Canq Youn olub. “Ən yaxşı ikinci plan kişi roluna görə” mükafatını isə "Judas and the Black Messiah" (Yəhuda və Qara Məsih) filmindəki rolu ilə Daniel Kaluya qazanıb.
Digər nominasiyalar üzrə qaliblər isə bunlardır:
Xarici dildə ən yaxşı filmə görə - “Another round” (Başqa bir raund)
Ən yaxşı sənədli filmə görə - "My Octopus Teacher" (Mənim oktapod müəllimim)
Ən yaxşı animasiya filminə görə - "Soul"
Ən yaxşı qısametrajlı animasiya filminə görə - "If Anything Happens I Love You" (Əgər bir şey olsa, səni sevirəm)
Ən yaxşı qısametrajlı sənədli film - "Colette"
Ən yaxşı musiqiyə görə - "Fight For You" (Sənin üçün döyüşmək)
Ən yaxşı ssennariya görə - "Promising Yound Woman" (Söz verən qadın)
Ən yaxşı uyğunlaşdırılmış ssennariya görə - “Father” (Ata)
Ən yaxşı vizual effektlərə görə - “Tenet”
Ən yaxşı montaj işinə görə - “The Sound of Metal” – (Dəmirin səsi)

DİGƏR XƏBƏRLƏR

Top