
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanı nüvə razılaşmasının nəticə veməməsi üçün çalışmaqda günahlandırıb.
Yeniavaz.com bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
“ABŞ ilə uranın zənginləşdirilməsi mövzusunda razılığa gəldik. Ancaq Rusiya bunun qarşısını almağa çalışdı. Qərblə münasibətlərimizin normallaşması Rusiyanın marağında deyil. Bu vəziyyətdə Rusiya iki dəfə zərər çəkir. Birincisi ABŞ-ın hədəfi İran olmasaydı, Rusiya və Çin olacaqdı, ikincisi qərblə münasibətlərimiz pis olduqda, onların heç kimlə rəqabətə girməyə ehtiyacları olmayacaqdı. Bu vəziyyətdə bizdən çox şey qazanırdılar. Bütün maneələri aşıb razılaşmaya yaxınlaşanda ruslar maneə yaratmağa başladı”, - Zərif qeyd edib.
Qeyd edək ki, sözügedən məlumat Londonda farsca fəaliyyət göstərən “Iran International” tərəfindən səs qeydi şəklində yayımlanıb. Məlumat İran Xarici İşlər Nazirliyi tərəfindən təqsdiqlənib.