7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib


Bakıda bədbəxt hadisə baş verib.

Yeniavaz.com-un "Report"a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top