İndoneziyanın itmiş sualtı qayığı tapılıb - 53 hərbçi həlak olub


İndoneziya Hərbi Dəniz Qüvvələrinin bir neçə gün əvvəl batan sualtı qayığı tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə zamanı sualtı qayıqda olan 53 nəfərin hamısı həlak olub.
Xatırladaq ki, İndoneziyaya aid sualtı qayıqla 21 aprel tarixində əlaqə kəsilmişdi. İçərisində ən az 53 nəfərin olduğu deyilən sualtı qayığın axtarışına 18 gəmi cəlb edilmişdi.
Rusiya, ABŞ, Almaniya, Fransa, Hindistan, Türkiyə və Avstraliya da daxil olmaqla bir çox ölkə yardım təklif etmişdi.


 

DİGƏR XƏBƏRLƏR

Top