Traktorla minik avtomobili toqquşdu, xəsarət alan var


Saatlıda ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Telmankənd kəndində qeydə alınıb.
Traktorla “VAZ-2107”-nin toqquşması nəticəsində 3 nəfər, rayonun Dədə Qorqud kənd sakinləri - 1978-ci il təvəllüdlü Ağayev Natiq Novruz oğlu, 1963-cü il təvəllüdlü Quliyeva Hicran Xanbala qızı və 2003-cü il təvəllüdlü Ağayeva Mədinə Natiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəza ilə əlaqədar hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (report)

DİGƏR XƏBƏRLƏR

Top