Bağdadda dünən axşam saatlarında COVID xəstəxanasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
İraq Baş naziri Mustafa əl-Kazımi baş verən hadisənin hərtərəfli araşdırılmasını əmr edib, ölkədə üçgünlük matəm elan edilib.
***11:42
Bağdadda koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 120 xəstədən 40-ı ölüb.
Yanğına səbəb tənəffüs cihazının oksigen balonunun partlaması olub.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqadası cəlb edilib.
Ölü və yaralı sayının arta biləcəyi istisna edilmir.