Stokholmda Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiya keçirilib - FOTOLAR


İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə” və “Qarabağ Kultur Cəmiyyəti” işğaldan azad edilən torpaqlarda Ermənistanın basdırdığı minaların xəritələrini Azərbaycana verməməsinə etiraz olaraq aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a verilən məlumata görə, aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.
Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.
Eyni zamanda SAF-nın təşəbbüsü ilə İsveç parlamentinə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunan ərazilərdə basdırdıqları minaların partlaması nəticəsində həlak olurlar, yaxud yaralanırlar.
Qeyd olunub ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistan partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina edir.


DİGƏR XƏBƏRLƏR

Top