Kanadada “erməni soyqırımı” yalanları haqqında ingilis dilində videomaterial hazırlanıb


Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ingilis dilində qondarma “erməni soyqırımı” yalanlarından bəhs edən videomaterial hazırlanıb.
Bu barədə Yeniavaz.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda “erməni soyqırımı” ilə bağlı əsl həqiqətlər öz əksini tapıb.
Videomaterialda soyqırımı yalanlarının bitərəf müəlliflərin dilindən gətirilən faktlarla ifşası, eləcə də ermənilərin türklərə qarşı törətdiyi qırğınlar haqqında ətraflı məlumatlar yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top