Kəmaləddin Heydərov həbs olunan baş həkimdən danışdı: “Bizdə pul nə gəzir?”


Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov  rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi  İmran Ağayevin həbsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, nazir bu barədə unikal.org-a danışıb. O həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:
“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”. 
Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: “Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.

DİGƏR XƏBƏRLƏR

Top