Dənizkənarı Bulvarda kənardan gətirilən elektrikli skuter sürmək qadağandır?


"Dənizkənarı Bulvarda kənardan gətirilən elektrikli skuter sürmək qadağan edilib".
Yeniavaz.com 
xəbər verir ki, bu iddia ilə Orxan Əkbərov adlı şəxs "facebook"da çıxış edib. O bildirib ki, dostu ilə birlikdə Neftçilər prospektində yerləşən mağazalarının birindən elektrik skuter kirayə götürüblər:
“Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik, yeni bulvarda velosiped və skuterlər üçün ayrılmış yerə getdik. Elə təzə skuter sürməyə başlamışdıq ki, Dənizkənarı Bulvar İdarəsinin mühafizəsi hər addım başı bizi saxladı. Bizə bildirdi ki, skuteri bulvardakı kirayə yerindən götürmədiyimiz üçün burda sürməyə icazə yoxdur.
Bildirdim ki, skuter özümə məxsusdur. Mühafizə də əlavə etdi ki, bunu sübut etməliyəm. Yəni cibinizdə skuteri aldığınıza dair çeklə gəzməlisiniz”.
Sözügedən iddilarla bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top