Son sutkanın koronavirus statistikası açıqlandı - RƏQƏMLƏR


Azərbaycanda bu gün koronavirus infeksiyasına 1676 yeni yoluxma faktı qeydə alınıb, 2168 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 35  nəfər “COVID-19”dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 311 465 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib, aktiv xəstə sayı 30 189 nəfərdir.
Ölkədə son sutka ərzində 13 070, hazırkı dövrədək isə 3 178 044 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top