
“Rusiyaya aid pilotsuz təyyarələrdən, helikopterlərdən və hücum təyyarələrindən gələn təhdidlər ABŞ ordusunun aprel ayında Almaniyada dörd qısa mənzilli hava hücumundan müdafiə (M-SHORAD) sistemləri yerləşdirməsinə səbəb oldu”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Breaking Defence” məlumat yayıb. Nəşr qeyd edir ki, 2014-cü ildə Ukrayna ilə bağlı baş verən hadisələrdən sonra ABŞ ordusu xüsusən Avropada, qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə ehtiyac olduğu qərarına gəlib. ABŞ hazırda bu istiqamətdə yeni addımlar atır.