İnsan hansı orqanlar olmadan yaşaya bilər? – MARAQLI FAKTLAR


İnsan orqanizmi tez bir zamanda özünü bərpa edə bilən quruluşa sahibdir. Qan verdiyimiz zaman 3,5 trilyon qırmızı qan hüceyrəsi itirsək də, bədənimiz onu sürətlə bərpa edə bilir. Hətta elə orqanlar var ki, onlar olmasa belə yaşamaq mümkündür. 
Yeniavaz.com həmin orqanlarla bağlı yazını təqdim edir: 

Dalaq
Dalaq, qarın boşluğunun sol tərəfində, qabırğaların tam altında bir az aşağıya doğru uzanan bir orqandır. Eyni zamanda zədələnmələr nəticəsində ən çox çıxarılan orqanlardan sayılır. Qabırğalara yaxın hissədə yerləşdiyindən qarın travması keçirmə ehtimalı böyükdür. Ətrafında asanlıqla zədələnə bilən kapsul var və zədələndikdə, asanlıqla daxili qanaxmaya səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə, ölümə belə gətirib çıxara bilər. Dalaq olmadan yaşamaq mümkündür. Çünki qaraciyər qırmızı qan hüceyrələrini və onların tərkib hissələrini bərpa edərək dalağın funksiyalarını yerinə yetirə bilir. Dalaq bədəndəki infeksiyalarla mübarizə apardığından, dalaqsız insanlar infeksiyaya qarşı daha diqqətli olmalıdırlar.

Böyrəklər 
Bildiyimiz kimi hər bir insanın iki böyrəyi var, lakin bir böyrək olmadan da yaşamaq mümkündür. Tək böyrəyi olan insanlarda ciddi sağlamlıq problemi olmur. Hər iki böyrək olmadıqda isə yalnız dializə bağlı yaşamaq mümükündür.

Ağciyər
Bir insanın ağciyərindən biri tələf olarsa, digər ağciyər həmin boşluğu dolduracaq qədər şişə bilir. Buna görə də bir ağciyər olmadıqda yaşamaq olur.

Mədə
Mədə, xərçəng və ya travmatik zədələnmələr zamanı cərrahi yolla götürülə bilər. Belə olan zaman nazik bağırsaq yemək borusuna birləşdirilir. İnsan yüngül yemək yeyərək və əlavə vitaminlər qəbul edərək həyatına davam edə bilər.

Yoğun bağırsaq (Kolon)
Bağırsaq, bağırsaq xərçənginin və ya digər xəstəliklərin qarşısını almaq üçün əməliyyatla götürülə bilər. İnsanlar bağırsaq olmadan yaşaya bilər, lakin bu zaman xüsusi torbanı bədənlərinin xaricində daşımaq məcburiyyətində qalırlar. Əməliyyatdan sonra pasientlər tez bir zamanda sağalırlar və ilk mərhələdə yumşaq qidalar yemək tövsiyə olunur.

Kor bağırsaq
Appendisit qalın və nazik bağırsağın birləşməsində yerləşən kiçik, kor uclu soxulcana bənzər quruluşdadır. Tək tərəfli olduğu üçün bağırsağa aid tullantı maddələri içəri daxil olanda orada iltihab yaranır. Buna appendisit və ya apendisitin iltihabı deyilir. Ciddi hallarda appendisit çıxarılır. Digər tərəfdən, əlavə çıxarılsa da, yenidən böyüyə və ağrıya səbəb ola bilər. Bəzi hallarda, appendisit kiçik bir hissəsi bədəndə qala və bu hissə yenidən iltihablana bilər. Appendisiti çıxarılan insanlar həyatlarında heç bir fərq hiss etməzlər.

Öd kisəsi
Öd kisəsi qarnımızın sağ tərəfində döş qəfəsinə yaxın, qaraciyərimizin bir az altında yerləşir. Öd qaraciyər tərəfindən istehsal olunur və yağların həzminə kömək edir, lakin həzm üçün lazım olmadıqda öd kisəsində yığılır. Müxtəlif səbəblərə görə öd kisəsində daşlar əmələ gələ bilər ki, bu da onun fəaliyyətini pozur və getdikcə orqan fəaliyyətdən qalır. Bu hal baş verdikdə öd kisəsinin çıxarılmasına ehtiyac olur. Bununla belə insanlar normal həyatına davam edir.

Badamcıqlar
Bu orqanlar orqanizmdə çox mühüm rol oynayır, orqanizmi infeksiya və mikroblardan qoruyur. Lakin bəzən bu orqanların özlərində xroniki iltihab yaranır ki, artıq onlar öz qoruyucu funksiyanı itirir və infeksiya mənbəyinə çevrilir. Bu vəziyyətdə adenoid və badamcıqlar xaric olunur. Bu orqanların xaric olunması insanın ümumi sağlamlığına ciddi ziyan vurmur.

DİGƏR XƏBƏRLƏR

Top