Paşinyan və Putin arasında telefon danışığı olub


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. Rusiya sülhməramlılarının səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı məmnuniyyətlə ifadə edilib. Tərəflərin, ikitərəfli əməkdaşlıq o cümlədən enerji sektorunun aktual məsələləri barədə də fikir mübadiləsi apardıqları vurğulanıb.
Qeyd edək ki, bu gün Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında da telefon danışığının baş tutduğu açıqlanmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top