Bir neçə gün əvvəl itən İndoneziyaya aid sualtı qayığın batdığı məlum olub


İndoneziya Hərbi Dəniz Qüvvələrinə aid sualtı qayığın batdığı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İndoneziya Hərbi Dəniz Qüvvələrinin baş qərargah rəisi Yudo Margonoya istinadən xəbər verib. Onun sözlərinə görə, axtarış bölgəsində qayıqdan qopan hissələr, namaz xalçaları və digər cisimlər tapılıb.
Xatırladaq ki, İndoneziyaya aid sualtı qayıqla 21 aprel tarixində əlaqə kəsilmişdi. İçərisində ən az 53 nəfərin olduğu deyilən sualtı qayığın axtarışına 18 gəmi cəlb edilmişdi. Rusiya, ABŞ, Almaniya, Fransa, Hindistan, Türkiyə və Avstraliya da daxil olmaqla bir çox ölkə yardım təklif etmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top