
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan telefonda Qarabağ məsələsini müzakirə edib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərini, Qarabağda Rusiya sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi ərazilərdəki vəziyyəti və digər məsələləri müzakirə ediblər.