Daxili işlər naziri rəis müavini təyin etdi - ƏMR


Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
Yeniavaz.com
 oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Gündüz Məcidov Balakən Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top