Rusiya 3 yerdən Qara dənizə girişi bağlayır


Rusiya 3 istiqamətdən Qara dənizə girişi bağlayaraq sözügedən ərazilərə yalnız yük gəmilərin girişinə izin veriləcəyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün axşam saatlarından qüvvəyə minəcək qadağa 31 oktyabra kimi davam edəcək.
Qeyd edək ki, Rusiya MN həmin tarixlərdə rus donanmasının Qara dənizdə hərbi təlimlər keçirəcəyini elan edib. Təlimlər Krımın qərbində yerləşən Sevastopol şəhərindən Qurzuf qəsəbəsinə qədər olan sahil xəttində və Kerç yarımadası yaxınlığında həyata keçiriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top