Hindistan koronavirus təhlükəsindən xilas ola bilmir – Sutkada 2621 ölüm


Hindistanda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Hindistanda ötən gün 345 min 147 nəfər COVID-19-a yoluxub, 2 min 6 yüz 21 nəfər isə həmin xəstəlikdən vəfat edib.
Hindistana bu günə qədər 132 milyon 754 min 608 doza vaksin göndərilib, 19 milyon 170 min 339 nəfər isə peyvənd edilib. 
Qeyd edək ki, Hindistanda koronavirus səbəbilə ölüm və yoluxma halları sürətlə artır. Həmin ölkədə bu günə qədər 16 milyon 610 min 481 nəfər koronavirusa yoluxub, 189 min 549 nəfər isə ölüb. 13 milyon 867 min 997 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top