Çin sprey-peyvəndi bu tarixdə satışa çıxaracaq


Çinin “Honq Konq” universiteti tərəfindən hazırlanan koronavirusa qarşı aerosol burun spreyinin 2-3 il ərzində bazara çıxarılacağı bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” qəzeti məlumat yazıb. Nəşrin verdiyi məlumata görə, dərman klinik sınaqların ilk mərhələsindədir. Tədqiqat qrupunun üzvü, professor İvan Hunq Fanq peyvəndin son dərəcə təhlükəsiz olduğunu bildirib. Hazırda sprey-peyvəndin ortaya çıxardığı anikorların səviyyəsi izlənilir. Bir dozalıq sprey-peyvəndin ən ciddi mənfi təsirinin qısa müddətli yüngül baş ağrısı və burun tıxanıqlığının  ola biləcəyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top