Xərçəngdən əziyyət çəkən Ağadadaş Ağayevin son görüntüləri - FOTOLAR


Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayevin yeni görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, görüntüləri aparıcı Hacı Nuran “İnstagram” hesabında paylaşıb. O, Türkiyəyə gedərək bir neçə gün öncə əməliyyat olunan sənətçinin səhhəti ilə maraqlanıb.
“Sənətkar əsrin bəlası olan xərçənglə mübarizə aparırdı. Bu xəbəri eşidən kimi biganə qala bilməzdim. Çünki Ağadadaş da mənim xəstə yatağımda mənə ilk baş çəkənlər arasında idi. Məni görən kimi sevindi. Bu əziz günlərdə doğma Bakıdan kiminsə onu görməyə gəlməsi onun üçün ən böyük məlhəm idi. Mən onu xəstəliklə mücadilə aparan gördüm. Əhvalı yaxşı idi. Ruhdan düşmək olmazdı. Çünki bilirdi ki, xərçəngə qalib gəlmək üçün ən böyük məlhəm insanın özü-özünə təskinliyidi. Bu xəstəliyin nə olduğunu mən yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, insan üçün bu məqamlarda vacib olan motivasiyadır”, - deyə o, qeyd edib. 
Sənətçinin fotolarını təqdim edirik:


DİGƏR XƏBƏRLƏR

Top