Fələstin 36 raket atdı, İsrail güclü aviazərbələrlə cavab verdi - KİV


İsrail və Fələstin bir-birinə qarşılıqlı aviazərbələr endirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin dəstəkli qüvvələr İsrailə 36 dəfə raket hücumu təşkil edib. İsrail ordusu ilə buna eyni şəkildə qarşılıq verib. Hücumlar nəticəsində itki olmayıb.
İsrail ordusu məsələ ilə bağlı öz tviter səhifəsində məlumat yayıb. Açıqlamada bildirilib ki, Həmasa aid hərbi nöqtə və tunellərə zərbələrin endirilməsinə səbəb, fələstinlilər tərəfindən İsrailə atılan raketlər olub.
Qeyd edək ki, İsrailə qarşı təşkil edilən hücumun cavabdehliyini Fələstin Xalq Qurtuluş Cəbhəsi öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top