Ukrayna hökuməti Putinin Zelenski ilə görüş təklifinə cavab verdi


Ukrayna baş nazirinin müavini Oleksiy Reznikov Ukrayna prezidenti Vladimir Zelenskinin rusiyalı  həmkarı Vladimir Putinin təklifini qəbul edə bilməyəcəyini açıqlayıb.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, Reznikov Zelenskinin Moskvaya gedə bilməməsinin səbəblərini belə izah edib:
“Prezident Zelenski müharibə vaxtı Moskvaya gedib təcavüzkar ölkənin nümayəndəsi olan bir şəxslə görüşə bilməz. Rusiya liderinin təklifi bizə qəribə gəldi. Belə bir görüşün Normandiya formatı çərçivəsində Almaniya və Fransa prezidentlərinin iştirakı ilə keçirilməlidir”.
Qeyd edək ki, Putin Ukrayna sərhədindən ordunu geri çəkdikdən sonra Zelenskini Moskvada görüşə dəvət etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top