Rus diplomat Dövlət Departamentinə çağırıldı


Rusiyanın ABŞ-dakı müvəqqəti işlər vəkili Dövlət Departamentinə çağrılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” agentliyi Rusiya səfirliyinə istinadla xəbər verir.
Rusiyanın ABŞ-dakı müvəqqəti işlər vəkilinə ABŞ-ın Dövlət Departamentində "Rusiyanın Avroatlantik bölgəsində sabitliyi pozan addımlar atdığı bildirilib. Diplomat Moskvaya qarşı edilən ittihamları qətiyyətlə rədd edib. 
Xatırladaq ki, Rusiya aprelin 21-də 10 ABŞ diplomatını “persona non grata” elan edib. Onlar mayın 22-dək Rusiya ərazisini tərk etməlidirlər. 

DİGƏR XƏBƏRLƏR

Top