![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/7/23/1/b2b69fc3-5ac4-477f-9f62-30f0ea3b5dc7/ceyhun-esgerov-jurnalist.jpg)
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib.
C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.
Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru olub.
O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.