İranla sərhəddə su bəndlərinin şimalının təhlükəsizliyi Azərbaycana həvalə edildi


İranla sərhəddə Araz çayı üzərində su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmin olunması Azərbaycana həvalə edilib.

Bu barədə İranın Azərbaycandakı Səfirliyinin tvitter hesabında məlumat paylaşılıb.

Bildirilib ki, məsələ ilə bağlı İran və Azərbaycan sərhəd qoşunları komandanları müavinlərinin iclası keçirilib.

İclasda sərhəd Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan sərhədçilərinə həvalə olunub.

DİGƏR XƏBƏRLƏR

Top