
Rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanada başlatdığı aclıq aksiyasını dayandırmaq qərarına gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Navalnı ayaq və bel ağrıları üçün lazım olan tibbi yardım almaq üçün bu qərara gəldiyini bildirib. O, aclıq aksiyasına tədricən, 24 gün müddətində son qoyacağını deyib və dəstəkçilərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Navalnı 2 il 6 ay həbs cəzasına çatdırılıb. O, həbsxanada gördüyü pis rəftara görə bir müddət əvvəl aclıq aksiyasına başladığını açıqlamışdı. Daha sonra səhhətinin pisləşməsi ilə xəstəxanaya yerləşdirilmişdi.