ÜST "Sputnik-V" peyvəndi ilə bağlı araşdırma başladıb


Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Dərman Agentliyi Rusiyanın COVID-19 əleyhinə hazırladığı “Sputnik-V” peyvəndinin istehsal olunduğu laboratoriyada may və iyun aylarında araşdırma aparacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hər iki təşkilat mütəmadi olaraq peyvəndin istehsal mərkəzi “Qamaleya” ilə əlaqə saxlayır.
Rusiya Xarici İşlər Nazirliyinin köməkçisi Sergey Verşin ÜST rəhbəri Tedros Adanom Qebreyesus ilə görüşdən sonra açıqlama verib. Açıqlamada bildirilib ki, ÜST və Avropa Dərman Agentliyinin laboratoriyada yoxlanışı davam etdiyi həftələrdə peyvənd ÜST tərəfindən təsdiqlənə bilər.
Qeyd edək ki, “Sputnik-V” dünyada ilk rəsmi qeydiyyatdan keçmiş koronavirus peyvəndidir. Bu günə kimi peyvəndin istifadəsi 60 ölkədə təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top