YAP-da Hüseynbala Mirələmovla bağlı qərar verildi - YENİLƏNİB


Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.


Bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

H. Mirələmov eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, YAP Xətai rayon təşkilatının da sədri olan H. Mirələmovun xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayılıb. //APA

***15:04
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, toplantının gündəliyinə 2 məsələ daxil edilib.

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etika hərəkətlərinə qiymət veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top