Ermənistandan Azərbaycanla sülh müqaviləsi barədə AÇIQLAMA


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sülh müqaviləsinin hələlik mümkün olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Armen Qriqoryan bu barədə “Ria Novosti”yə müsahibəsi zamanı danışıb. Onun sözlərinə görə, Qarabağ məsələsi həll olunmayıb: "Sülh müqaviləsi haqqında danışmazdan əvvəl bilmək lazımdır ki, Qarabağ münaqişəsi həll olunmayıb. Bu münaqişə zorla və ya güc tətbiqi ilə həll edilə bilməz. Müharibə iki ölkə arasında düşmənçiliyi daha da artırdı”.
Erməni rəsmi həmçinin deyir ki, sülh müqaviləsi Qarabağ məsələsinin həlli barədə danışıqlardan sonra mümkün olacaq. 

DİGƏR XƏBƏRLƏR

Top