Zelenski bu liderdən Putinlə danışıqlarda vasitəçi olmasını istədi


Ukrayna İsrailin baş naziri Bünyamin Netanyahuya Rusiya ilə danışıqlarda vasitəçilik etməyi təklif edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeniy Korniyçuk İsrailin “i24NEWS” telekanalına müsahibəsi zamanı məlumat verib. Səfir, "Netanyahunun həm Zelenski həm də Putinlə yaxşı əlaqələri var. Onun bu təklifi xoş qarşılayacağını gözləyirik" - deyə bildirib. 
Qeyd edək ki, Zelenski bir neçə gün əvvəl Putinə Donbasda görüş təklif etmişdi. Kreml isə bu gün həmin təklifə cavab olaraq “uyğun bir gündə Zelenskini Moskvada qəbul edə bilərik" - deyə məlumat yaymışdı.

DİGƏR XƏBƏRLƏR

Top