
Rusiya 5 Polşa diplomatını ölkədən qovmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ria.ru” məlumat yayıb. Rusiya tərəfi Polşanın Moskvadakı səfiri Kristof Krajevskini Xarici İşlər Nazirliyinə çağıraraq bu barədə məlumat verib. Diplomatların 15 maya qədər ölkəni tərk etməli olduqları bildirilib.