İsrail hərbi qüvvələri fələstinlilərə hücum etdi – 105 yaralı


Ötən gün İsrailin Məscidi-Əqsada təravih namazından qayıdan fələstinlilərə hücum etməsi nəticəsində 105 nəfər yaralanıb, 50 nəfər saxlanılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qüdsün Əski Şəhər bölgəsində baş verib. Fələstin Qızıl Aypara cəmiyyəti tərəfindən verilən məlumatda deyilir ki,yaralılardan 12-si xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı İsrail hərbi qüvvələri gözyaşardıcı qazdan və səs bombalarından istifadə edib. 50 fələstinli gənc onlara müqavimət göstərdiyi üçün saxlanılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top