
Ermənistanın Əmək və Sosial İşlər naziri Mesrop Arakelyan istefa verib.
Yeniavaz.com xəbər verir ki, Arakelyan bu barədə öz “facebook” səhifəsində məlumat verib. O bildirib ki, nazir vəzifəsini Ermənistanda müharibə səbəbilə vəziyyətin çətinləşdiyinə görə qəbul edib: "İndi ümumi vəziyyətin düzəlməyə doğru getdiyini görərək istefa vemək qərarına gəldim".