Almaniya “Sputnik V” peyvəndindən istifadə etməyə hazır olduğunu bildirdi


"Avropa Dərman Agentliyi təsdiqləyərsə “Sputnik V”nin istifadəsində heç bir maneə görmürük".
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas deyib. O bildirib ki, “Sputnik V” peyvəndindən istifadə üçün yeganə şərt Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənməsidir.
Qeyd edək ki, “Sputnik V” peyvəndi Rusiya tərəfindən istehsal olunub. Braziliya, Meksika, Belarus, Türkiyə və dünyada bir çox ölkə həmin peyvənddən istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top